Vaşiqton və Parisin Türkiyə və Azərbaycana qarşı erməni və yunan həmləsi

28-08-2022, 08:10           
Vaşiqton və Parisin Türkiyə və Azərbaycana qarşı erməni və yunan həmləsi
ABŞ və Fransa, bütövlükdə isə Qərb Ukrayna, Gürcüstan və Moldovanın ərazi bütövlüyünü müdafiə edir. Ancaq Azərbaycana gəldikdə isə ABŞ-ın da, Fransanın da başına yekə bir daş düşür...
Fikir verin, Ukrayna, Grcüstan, Moldova və Azərbaycanda mövcud olan separatçı hərəkatların arxasında Rusiya dayanıb. Rusiya keçmiş SSRİ məkanında öz mövqeyini qoruyub saxlamaq üçün separtçılara açıq şəkildə dəstək verir. Qərb haqlı olaraq Rusiyadan qaynaqlanan sepatizmə etiraz edir. Onunla barışmır. Ancaq söhbət Azərbaycandan gedəndə vəziyyət dəyişir. Niyə? Niyə Azərbaycanla bağlı fərqli yanaşma sərgilənir?
Səbəb bəllidir. Qərb bəzi hallarda xristian klubu kimi çıxış etməkdən utanmır. Özü öz prinsiplərinə tüpürür....
Mən sual edirəm, ABŞ və Fransa nədən Korsikada, Bask torpaqlarında, İtaliyada, Böyük Britaniyada... separatizmi müdafiə etmir. Avropada 200-dən çox separtçı hərəkat var. Heç bir separatçı hərəkəta heç bir Qərb ölkəsi dəstək vermir. Çünki separatizmə dəstək versələr Avropa Birliyi darmadağın olar...
Qərb özünə rəva görmədiyini şeyi bizə sırımağa çalışır. Məqsəd nədir? Dağlıq Qarabağa bu və ya digər formada hansısa muxtariyyat hüququ verilsin...
Qərb İsrailin vasitəsi ilə Ərəb Dünyasını girinc edib. İndi də Ermənistanın əli ilə Türk Dünyasını nəzarətdə saxlamağa çalışır...
Özü də bu indinin planı deyil. Ən azı 150 ildir ki, bu siyasi düşüncə ortadadır...
Qərbpərəst dostlarımız başa düşməlidir ki, Türk Dünyasının maraqları ilə Qərbin maraqları ziddiyətdədir. Və Qərbdən Türk Dünyasına, o cümlədən Azərbaycana xeyir gəlməz. Ona görə də həmişə ayıq-sayıq olmalıyıq. Hər şeydən əvvəl Türkiyə-Azərbaycan birliyinin möhkəmlənməsinə və digər Türk Dövlətləri ilə ilişkilərin dərinləşməsinə çalışmalıyıq...
Erməni sepatizminə dəstək verən ABŞ və Fransaya münasibətdə sərt mövqeydən çıxış etməliyik. Fikir verirsizmi, elə həmin ABŞ və Fransa Yunanıstanı Türkiyənin üstünə qaldırmaq üçün hansı həyasızlıqlara əl atır...
Azərbaycan və Türkiyə heç bir halda Minsk Qupunun yenidən canlanmasına imkan verməməlidir. Minsk Qrupuna fəaliyyət imkanı tanımaq Dağlıq Qarabağı ermənilərə peşkəş etmək anlamına gəlir. Bu, həm də o deməkdir ki, Qərbin himayə etdiyi erməni separtizmi Türk Dünyasının başağrısına çeviriləcək....
Elbəyi Həsənli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru