“Rusiyanın təsirinin azaldılması Qafqazın 3 ölkəsi üçün imkanlar açacaq” - Vasadze
29-08-2022, 11:15
“Səfirdən çox şey asılıdır, amma diplomatlar da işləməlidir”. Ordu.az xəbər verir ki, bunu Gürcüstanın Strateji Təhlillər Mərkəzinin baş elmi işçisi Gela Vasadze Ermənistanın Gürcüstana yeni səfirinin təyin olunması ilə bağlı deyib.
Vasadzenin sözlərinə görə, Ermənistan hakimiyyəti çətin problemlə üzləşib.
“Rusiyanın geosiyasəti zəhərlidir. Rusiya Federasiyasının təsirinin azaldılması Qafqazın 3 ölkəsi üçün imkanlar açacaq”, - deyə o qeyd edib.