Zohrevənd yenə SƏRSƏMLƏDİ: `Ermənilər və azərbaycanlılar əslində İranın bir hissəsidir` - Fars-Molla rejiminin XƏSTƏ TƏBLİĞATI

29-08-2022, 17:10           
Zohrevənd yenə SƏRSƏMLƏDİ:
Son vaxtlar Azərbaycan və Türkiyə əleyhinə sərt açıqlamalar verən İranın İtaliyadakı keçmiş səfiri, hazırda siyasi ekspert Əbülfəzl Zohrevənd “Tahririeh” saytına müsahibə verib.

TEREF.AZ-ın məlumatına görə, Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, jurnalistin “Qarabağ savaşı zamanı İran son dərəcə qeyri-müəyyən siyasət yürüdüb.

Eyni zamanda İranda bir çox görkəmli milli, hətta din xadimləri də Azərbaycanı dəstəklədi və nəhayət, İranın sivilizasiya arealının ziyanına olan hadisələr baş verdi” sualına cavab olaraq Zohrevnəd iddia edib:

“Qarabağ müharibəsi ümumiyyətlə baş verməməli idi. Ermənilər və azərbaycanlılar əslində İran sivilizasiyasının bir hissəsi olublar”.

“Azərbaycan İranın Ermənistanla sərhədini kəsməyə çalışır. Bu, bizim üçün qəbuledilməzdir”,-deyə o, cəfəng iddialar irəli sürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru