"Bu, ölkəmiz adına çox utancdı, dövlət başçısı necə belə bir söz deyə bilər?" - Erməni jurnalist

17-10-2022, 09:14           
"Bu, ölkəmiz adına çox utancdı, dövlət başçısı necə belə bir söz deyə bilər?" - Erməni jurnalist
“Camaat sənə oğul verdi, sən onun qalıqlarını belə qaytara bilmirsən?”

KONKRET.az xəbər verir ki, bu barədə erməni jurnalist Boris Murazi Facebook səhifəsində yazıb.

“Astanada Nikol vicdan əzabı çəkmədən bəyan edib ki, Ermənistanın ərazisində erməni hərbçilərinin qalıqları qalıb və Azərbaycanın onları çıxarmağa icazə vermir.

Dövlətimiz adına çox utancdı. Bir dövlət başçısı necə belə bir söz deyə bilər? İnsanlar sənə oğul verib və sən onun qalıqlarını belə geri ala bilmirsən.

Eyni zamanda xatırladım ki, 2014-cü ildə düşmən Qarabağda vertolyotumuzu vurmuşdu. Hərbçilərimizin qalıqları neytral zonada qalanda ordumuz bir neçə gün sonra əsgərlərimizin meyitlərini çıxarmışdı. Siyasi və hərbi rəhbərlik anlayırdı ki, cəsədlər qalsa, bundan sonra onlara inam çətin olacaq”, – deyə Murazi yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru