Avropanın bəzi ölkələrində mitinq və tətillər
18-10-2022, 11:47

Fransa hökuməti Parisdə keçirilən irimiqyaslı aksiyaları pisləyib.
Metbuat.az xəbər verir ki, Fransanın ictimai hesablar üzrə dövlət naziri Qabriel Attal bildirib ki, sol koalisiya ölkədəki tətillərdən istifadə edərək, gərginliyi artımağa çalışır. Attal iddia edib ki, Parisdə küçələrə çıxanlar ölkəni təcrid etmək istəyənlər olub.
Qeyd edək ki, iki gündür Fransada yürüşlər keçirilir. Belçika, Almaniya və digər Avropa ölkələrindən sonra Parisdə də narazı kütlə küçələrə çıxıb. Parisdə 140 min nəfər enerji qiymətlərinin artımına etiraz edib. Ümumiyyətlə nümayişçilər müxtəlif sahələr üzrə qiymət artımından narazıdır. Aksiyaya Fransanın bir sıra şəhərlərindən insanlar qatılıb. Aksiya iştirakçılar məvaciblərin artırılmasını və Prezident Emmanuel Markonun mübahisəli pensiya islahatından imtina etməsini tələb edir. Aksiya Azad Fransa partiyasının lideri Jan-Luk Melenşon çağırışı ilə təşkil edilib. Aksiyalarla yanaşı Fransa və digər Avropa ölkələrində peşə işçilərinin tətilləri də davam edir.