BƏYə hücumlar heç vaxt bu qədər tərbiyəsiz xarakter almayıb

8-06-2016, 17:28           

Ədalət Yusifov

Həmin zamandan 23 il, Əbülfəz bəyin fiziki yoxluğundan isə 16 ilə yaxın bir zaman keçir. Ötən illərin bu günlərində də , həmişə Azərbaycanda ən çox müzakirə olunan məsələ 4 iyun Gəncə qiyamı olub.
Bütün illər boyü ən çox qınaq obyekti olaraq, əks prezident ƏBÜLFƏZ ELÇIBƏY
seçilib. Ancaq heç vaxt BƏYƏ qarşı olan aqressiya bu qədər sərt və tərbiyəsiz xarakter almayıb. Bu ilə qədər əsasən müzakirələr qarşı duran iki tərəf - hakimiyyət və müxalifət arasında aparılırdısa, bu ilki müzakirələrdə ittiham edənlərin çeşidinin
"zənginləşməsi" diqqəti cəlb edir.
Belə ki, əvvəlki illərdən fərqli olaraq müxalifət düşərgəsində olub, məsuliyyətdə pay sahibi olan milli demokratik qüvvələrin rəhbərləri nədənsə, susmağa üstünlük veriblər. Həmin tarixdə baş verən hadisəyə görə Əbülfəz bəyi təhqir edənlərin sayı isə "müxalifətçilərin" hesabına artıb.
Səbəblər müxtəlifdir. Bir hissə məsələnin mahiyyətindən xəbərsiz olduğu üçün təsir altına düşərək münasibət bildirir.
Bir hissə yaşı ötdükcə gələcəyə inamı sarsıldığından və tükəndiyindən danışmaya bilmir.
Bir hissə rahat dolanışıq mənbəyi kimi baxdığı vəzifələrini itirdiyindən yanğısını belə söndürmək istəyir.
Bir hissə öz xəyanətlərinin qurbanına çevrildiyindən günahkar axtarır.
Bir hissə isə.....
Hər şey məhz bu bir hissəyə bağlıdır.
Danışmalı olanların susmaları da, sifarişlə danışdırılanlar da həmin bir hissənin təsiri altında olanlardır. Nə baş verir?
Məsələ təkcə Əbülfəz Elçibəy məsələsidirmi? Xeyr. Məsələ həm də, Azərbaycan məsələsidir. Azərbaycan məsələsinin üzərinə isə yalnız ƏBÜLFƏZ ELÇİBƏYİN "üzərindən adlayıb" getmək mümkündür.
Azərbaycan seçim ərəfəsindədir.
QƏRBMİ ? ŞİMALMI ? ŞİMALLILARIN AGSAQQALI MEHDİYEV DANIŞDI.
ELÇİBƏYƏ HÜCUMLARIN VƏ HƏM DƏ SUSQUNLUĞUN QAYNAĞI O OLMASIN?

TURKUSTAN.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.