Arutyunyandan Rusiyaya qarşı şok qərar – Qadağan edildi

3-06-2023, 12:09           
Arutyunyandan Rusiyaya qarşı şok qərar –
Ermənistan baş nazirinin aparat rəhbəri Araik Arutyunyan mədəniyyətdən tutmuş Milli Təhlükəsizlik Xidmətinə, xarici ticarətə qədər hər şeylə məşğuldur. Onun imzası Ermənistanın hökumətinin 25 may 2023-cü il tarixli qərarı ilə müəyyən edilmiş ikili təyinatlı malların siyahısında da var. Siyahıdakı məhsullar cüzi modifikasiyalardan sonra hərbi sənayedə istifadə oluna bilər. Ona görə də bunların ixracı və Ermənistan ərazisindən tranziti xüsusi nəzarətdədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Qərb strukturlarına görə, Rusiya hərbi sənayesində istifadə oluna bilən bu ikili təyinatlı mallar Ermənistandan böyük həcmdə Rusiyaya aparılıb. Qərb bunu qadağan etmək qərarına gəlib. Hökumətin yeni qərarı ilə bunların ixracı və Ermənistan ərazisindən tranzit daşınması proseduru sərtləşdirilib. Daha dəqiq desək, Rusiyaya ixracı qadağan olunub. Bu qadağa nədənsə Sərhəd Xidməti və İqtisadiyyat Nazirliyi tərəfindən yox, Araik Arutyunyanın göstərişi ilə qoyulub. Son bir ildə bu məhsulları Rusiyaya ixrac edən erməni iş adamları bunlardan həm mənfəət əldə edib, həm də dövlət büdcəsinə külli miqdarda vergi ödəyiblər. İndi də külli miqdarda mal gətiriblər və onlarla nə edəcəklərini bilmirlər”, - məlumatda deyilir.

Artıq ABŞ tərəfindən sözügedən məhsulların Rusiyaya gizli şəkildə ötürülməsi ilə məşğul olan Ermənistan şirkətlərinə sanksiya tətbiq olunub. Sözügedən şirkətlərin Avropa Birliyinin yeni sanksiya paketinə daxil ediləcəyi də gözlənilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.