“Hamı bilsin ki, Müsavatı Arif Hacılı dağıdır” - Qalmaqal

18-05-2015, 13:17           
“Hamı bilsin ki, Müsavatı Arif Hacılı dağıdır” - Qalmaqal
“Mənim Müsavat partiyasından çıxarılmağım birbaşa Arif Hacılının sifarişidir”.

Bunu AzVision.az-a açıqlamasında Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədli deyib.

Ötən gün partiya sıralarından xaric olunan E.Məmmədli Müsavat rəhbərliyinə etirazını bildirib: “Xətai rayon təşkilatında məni partiyadan xaric edənlər vaxtilə mənim zəmanətimlə partiya üzvülüyünə qəbul olunmuş şəxslərdir. O cümlədən də Dilşad Nağıyeva. Onun siyasi fəaliyyət adına gördüyü heç bir iş yoxdur”.

E.Məmmədli partiyadan çıxarılasa da müsavatçı olaraq qalacağını deyib: “Onlar məni partiyadan çıxarsalar da Müsavatdan gedən deyiləm. Mən müsavatçıyam, canım da, qanım da Müsavatdadır. Mən xalq hərəkatında mübarizə aparanda bu günkü Xətai rayon təşkilatı rəhbərliyi heç onun kandarından da keçməmişdi. Məni Müsavatdan Arif Hacılı çıxartdırıb. Hamı bilsin ki, Hacılı qardaşları Müsavatı çapıb-dağıdır. Müsavatda Müsavatlıq qalmayıb artıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.