Blinken Ukrayna cəbhəsindəki vəziyyətin nə zaman dəyişəcəyini açıqladı

23-07-2023, 09:43           
Blinken Ukrayna cəbhəsindəki vəziyyətin nə zaman dəyişəcəyini açıqladı
Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğurunu qiymətləndirmək hələ tezdir. Lakin Ukrayna hərbçiləri tam qüvvəsilə ərazidə yerləşdiyi zaman bu, cəbhədə dəyişikliklərə səbəb olacaq.

Bunu ABŞ-nin dövlət katibi Antoni Blinken Aspen Təhlükəsizlik Forumunda deyib.

“Biz əvvəlcədən deyirdik ki, çətin olacaq. Yəqin eşitmisiniz, çoxları da deyirdi ki, rusiyalılar ciddi və möhkəmləndirilmiş müdafiə xətləri hazırlayıblar. Lakin ukraynalılar onları yarıb keçir”, - dövlət katibi bildirib.

Blinkenin sözlərinə görə, müharibə başlayandan bəri zəbt edilən ərazilərin yarısını artıq azad etmiş ukraynalılar “uğur üçün hər şeyə malikdirlər”, çünki onlar torpaqları, ölkəsi, gələcəyi, azadlığı uğrunda vuruşurlar.
“Onlar son aylarda təlim keçmiş bütün qüvvələrilə 50-yə yaxın ölkədən onlara verilən texnika ilə hərəkətə keçdikləri zaman, düşünürəm ki, bütün bunlar əhəmiyyətli dəyişiklik yaradacaq və ciddi nəticələrə gətirib çıxaracaq”, - siyasətçi bəyan edib.

Mənbə: rbc.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru