Bu ilin yanvar-may aylarında Azərbaycandan Niderlanda 126,4 milyon ABŞ dolları dəyərində 223,3 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub. İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 2,2 dəfə və ya 69,4 milyon dollar, həcm baxımından isə 2,5 dəfə və ya 133,3 min ton üstələyir.
Cari ilin ilk 5 ayı ərzində ölkədən ümumilikdə 5,64 milyard dollar dəyərində 10,3 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Niderland 10-cu yerdə qərarlaşıb və ixrac həcminin 2,15 faizi bu ölkənin payına düşüb.