Lukaşenko Putinlə “Vaqner”dən danışıb: “Varşavaya getmək istəyirlər”

23-07-2023, 20:57           
Lukaşenko Putinlə “Vaqner”dən danışıb: “Varşavaya getmək istəyirlər”
“Bəlkə deməməliyəm, amma deyəcəyəm, “Vaqner” hərbçiləri bizi sıxmağa başlayıblar”

“Bəlkə deməməliyəm, amma deyəcəyəm. “Vaqner” hərbçiləri bizi sıxmağa başlayıblar. Onlar Varşavaya getmək istəyirlər”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.

“Onlar “Qərbə getmək istəyirik. İcazə verin” deyirlər. Deyirəm, Qərbə getməyə nə ehtiyac var? Yaxşı, Varşavaya, Jeşuvaya ekskursiyaya gedin”, - deyə Prezident vurğulayıb.

Qeyd edək ki, “Vaqner” hərbi şirkətin muzdluları Rusiyada uğursuz 24 iyun qiyamından sonra Belarusda məskunlaşıblar












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru