KİV: NATO 2025-ci ilə qədər dağıla bilər

3-09-2023, 14:50           
KİV: NATO 2025-ci ilə qədər dağıla bilər
Şimali Atlantika alyansı Ukraynadakı münaqişə səbəbindən 2025-ci ilə qədər dağıla bilər. APA xəbər verir ki, bu barədə “The Atlantic” jurnalı yazır.

Jurnal qeyd edir ki, əksər Avropa ölkələrinin təhlükəsizlik sahəsində maraqları ilə ABŞ Respublikaçılar Partiyasının maraqları arasında uçurumun artması səbəbindən NATO mövcudluğunu dayandıra bilər.

Məqalə müəllifləri vurğulayırlar ki, Ukraynadakı münaqişə alyansın dağılması üçün katalizator rolunu oynaya bilər. Respublikaçılar Ukraynaya kömək etməyin ekzistensial vəzifə olduğuna inanmırlar və buna görə də onlar Vaşinqtonun Ukraynanı dəstəkləməkdən imtina edə bilməsini təmin edə biləcəklər.

“Bu, ABŞ-ı Avropa üçün daha az etibarlı müttəfiq edəcək”, - nəşr yazır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru