Qadın deputat kişilərin məişət zorakılığından qorunmasını TƏKLİF ETDİ

3-09-2023, 15:37           
Qadın deputat kişilərin məişət zorakılığından qorunmasını TƏKLİF ETDİ
Liberal Demokrat Partiyasının üzvü, senator Yelena Afanasyeva kişilərin məişət zorakılığından qorunması, eləcə də onun nəticələrindən reabilitasiya proqramının yaradılması təklifi ilə çıxış edib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, deputat bu məsələdə də gender bərabərliyinin lazım olduğunu deyib:

“Hesab edirəm ki, ailədə həm ər, həm də arvad tərəfindən fiziki və psixoloji zorakılıqdan qorunmaq üçün hərtərəfli dövlət proqramı işlənib hazırlanmalıdır. Birincisi, cəmiyyət yalnız qadınların məişət zorakılığının qurbanı ola biləcəyi stereotiplərindən əl çəkməlidir. Bu, bərabərliyə doğru bir addımdır”.

Onun sözlərinə görə, rayon mərkəzlərində və böyük şəhərlərdə cinsindən asılı olmayaraq məişət zorakılığı qurbanlarına dəstək mərkəzləri açılmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru