“İrəvan seçkilərində Qarabağ məsələsini müzakirə etməyə lüzum yoxdur” - Alen Simonyan

4-09-2023, 16:29           
“İrəvan seçkilərində Qarabağ məsələsini müzakirə etməyə lüzum yoxdur” - Alen Simonyan
Ermənistan parlamentinin sədri Alen Simonyan bu gün İrəvan bələdiyyəsi seçkiləri ilə bağlı təbliğat kampaniyasına qoşulub. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, o, “Vətəndaş Müqaviləsi” partiyasının namizədi Tiqran Avinyanla birlikdə şəhəri gəziblər.

Simonyan mediaya açıqlamasında bildirib ki, seçki kampaniyanı Qarabağ məsələsinin müzakirəsinə çevirməyi lazım görmür. “Bu məsələ kifayət qədər lazım olan yerlərdə, parlamentdə, nazirliklərdə, rəsmi platformalarda müzakirə olunur. Həmin məsələni İrəvan seçkilərində kampaniyanın bir hissəsinə çevirmək lüzumsuzdur”.

P.S. Simonyanın yanaşması doğrudur. Çünki Qarabağ Ermənistanın deyil, Azərbaycanın ərazisidir. Başqa bir ölkənin digər bir ölkənin ərazi məsələsini, onun problemlərini müzakirə etməsi, separatçılıq, təxribatçılıq, həmin ölkəyə ərazi iddiası və qəsd deməkdir. Bu isə iki ölkə arasında müharibəyə qədər daşına bilən prosesdir. Ona görə də, Ermənistanda Qarabağ məsələsi deyil, öz problemlərini müzakirə etməlidirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru