Çin banklarının Rusiyaya milyardlarla dollar məbləğində kredit ayırdığı məlum oldu

5-09-2023, 12:48           
Çin banklarının Rusiyaya milyardlarla dollar məbləğində kredit ayırdığı məlum oldu
Çinin ən böyük bankları Rusiyaya milyardlarla dollar məbləğində kredit ayırır.

Belə ki, Ukraynaya qarşı genişmiqyaslı müharibəyə görə Rusiyaya tətbiq edimiş beynəlxalq sanksiyalar Qərb kreditorlarını ölkəni tərk etməyə məcbur edir.

2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Qərb tənzimləyiciləri təcavüzkar ölkəyə qarşı sərt tədbirlər görməyə, sanksiyalar tətbiq etməyə və bank institutlarını Moskva ilə əməliyyatları dayandırmağa çağırmağa başlayıblar. İndi çinli kreditorlar yaranan bu “boşluğu” doldurmağa çalışırlar.

Kiyev İqtisadiyyat Məktəbi mütəxəssislərinin təhlilləri göstərir ki, Çinin dörd ən böyük bankı ötən ilin fevral-mart aylarından etibarən Rusiyanın bank sektoruna təsirini dörd dəfə artırıb.
Söhbət “Bank of China Ltd.”, “Industrial & Commercial Bank of China Ltd.”, “China Construction Bank Corp.” və “Agricultural Bank of China Ltd.” kimi banklardan gedir. Onlar 2022-ci ilin əvvəlində Rusiya Federasiyasına 2,2 milyard dollar dəyərində kumulyativ təsir göstəriblər, lakin bu ilin mart ayının sonunda bu rəqəm, demək olar ki, 10 milyard dollara yüksəlib ki, bunu Rusiya Mərkəzi Bankının məlumatları da sübut edir.

Kiyev İqtisadiyyat Məktəbinin inkişaf üzrə direktor müavini Andrey Onopriyenko qeyd edib ki, Çin banklarından Rusiya banklarına və kredit təşkilatlarına verilən və əsasən dollar və avronun yuanla əvəzlənməsini nəzərdə tutan kreditlər göstərir ki, “sanksiyalar öz işini görür”.

Mənbə: “Financial Times”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru