Toni Bleyr təzyiqlərlə üzləşib

23-09-2023, 07:42           
Toni Bleyr təzyiqlərlə üzləşib
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 73-cü baş naziri Toni Bleyr (1997-2007) təzyiqlərlə üzləşib. Niyə? Almaniyaya bağlı “politico.eu” yazır ki, Tony Bleyr Dağlıq Qarabağa hücum zamanı Azərbaycanın PR kampaniyasını aparıb və bununla bağlı yeni araşdırma ilə üzləşib.
O da məlumdur ki, cənab Bleyr Azərbaycandan Avropaya təbii qaz ixrac etmək istəyən BP-nin rəhbərlik etdiyi konsorsiuma məsləhət vermək üçün işə götürülüb.
Toni Bleyri Azərbaycana lobbiçilik etməkdə suçlayan isə Amnesty International təşkilatıdır...
Bəli, Toni Bleyr Azərbaycana lobbiçilik edir. Azərbaycan qazının Avropaya daşınması üçün qaz kəmərinin çəkilməsində də onun böyük xidmətləri var...
Ancaq Toni Bleyr Azərbaycanın PR kampaniyasın aparmaqla günaha batmayıb. Bütün dünya bilir ki, nəyinki BP, eləcə də Böyük Britaniya bir çox məsələlərdə Azərbaycana açıq və gizli dəstək verir. Bu iş Amnesty International-ın boyunu aşır...
Elbeyi Hesenli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru