ABŞ senatorları Azərbaycana qarşı qanun layihəsi hazırlayıb

23-09-2023, 10:08           
ABŞ senatorları Azərbaycana qarşı qanun layihəsi hazırlayıb
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, senator Bob Menendez hər iki partiyanın dəstəklədiyi “Ermənilərə Azərbaycanın Aqressiyasına Qarşı Dəstək Aktı” təqdim edib. Qanun layihəsini Menendezlə birlikdə senatorlar Bill Kassidi, Kris Van Hollen, Aleks Padilla, Şeldon Vaythaus və Qri Piters hazırlayıb. Xarici Əlaqələr Komitəsinin məlumatında bildirilir ki, qanun layihəsi “Azərbaycan hökumətinin hərəkətlərinə cavab olaraq Dağlıq Qarabağdakı ermənilərə humanitar dəstək verir, Azərbaycan hökumətinə əlavə təhlükəsizlik yardımının qarşısını alır və ermənilərə qarşı törədilmiş vəhşiliklərə görə əlavə cavabdehliyə çağırır.”

Qanun layihəsi konkret olaraq, Azadlığa Dəstək Aktına 907-ci düzəliş altında istisnanı ləğv edərək, Azərbaycan hökumətinə əksər yardımları qadağan edəcək. O həmçinin Ermənistanda xarici hərbi maliyyə yardımına icazə verəcək, “Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyini təmin etmək üçün strategiya hazırlayacaq və Əliyev rejiminə ermənilərə qarşı hərəkətlərinə görə sanksiyalar tətbiq edəcək.”

“Prezident Əliyev dəfələrlə göstərib ki, o, Dağlıq Qarabağda ermənilərin kökünü kəsmək və qonşularını hədələmək üçün hər şeyi ədəcək,” Menendez deyib. “Bu təcili ikitərəfli qanun layihəsi həm bizim ermənilərə kollektiv dəstəyimizi möhkəmləndirir, həm də Dağlıq Qarabağ xalqına aydın mesaj verir ki, Əliyev rejimi öz qəddar aclıq kampaniyalarını və hərbi əməliyyatlarını həyata keçirərkən ABŞ səssiz qalmayacaq.”

“Azərbaycan hökuməti və Prezident Əliyev Dağlıq Qarabağda öz iradələrini tətbiq etmək üçün ilk blokadadan, daha sonra isə hücumdan istifadə etdi,” Dr. Kassidi deyib. “Ermənilər 20-ci əsrin ilk soyqırımına məruz qaldılar və bu, bu əsrdə bir çox dəhşətlərə qapı açdı. Bu, diplomatik yolla həll edilməli olan məsələləri həll etmək üçün gücdən istifadə edilməsinin son epizodudur.”

“Azərbaycanın Dağlıq Qarabağa təkrar hücum etməsi qaəbuledilməzdir. ABŞ və beynəlxalq icitmaiyyət blokadaya son qoymaq üçün hərəkətə keçməli, Azərbaycanın ermənilərə qarşı aqressiyasını dayandırmalı və məsuliyyət daşıyanları cavabdeh tutmalıdır. Bu qanun layihəsi bu hücumlar qarşısında səssiz qalmayacağımıza dair açıq siqnal göndərir,” senator Van Hollen deyib.

“Biz Azərbaycan Dağlıq Qarabağda ermənilərin etnik təmizlənməsinə yönəlmiş addımlar atarkən səssiz qala bilmərik. Biz Dağlıq Qarabağdakı ermənilərə təcili dəstək vermək və Azərbaycan rejiminin kobud insan haqları pozuntularına və regionda ermənilərə qarşı əsassız təcavüz aktlarına görə cavabdehlik daşımasını təmin etmək üçün bu qanun layihəsini tezliklə qəbul etməliyik,” senator Padilla bildirib. “Mən regionda davamlı sülh üçün şərait yaratmaq üçün işləməyə davam edəcəyəm,” o deyib.

“Azərbaycanda avtoritar rejimin törətdiyi vəhşi zorakılıq Dağlıq Qarabağda soyqırım qorxusunu artırdığı bir vaxt, Amerika səssiz qala bilməz,” Vaythaus deyib. “Bu qanun layihəsi Azərbaycan hökumətini açıq-aşkar insan hüquqları pozuntularına görə cavabdeh tutacaq sərt sanksiyalar tətbiq edir, eyni zamanda isə Dağlıq Qarabağ və Ermənistan xalqına çox lazımlı humanitar dəstəyə icazə verir.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.