Araik Arutunyan haradadır ?

24-09-2023, 00:03           
Araik Arutunyan haradadır ?
Görünür ki, keçmiş "prezident" Araik son anda aradan çıxa bilib. Güman etmək olar ki, o, indiki situasiyanı öncədən görüb və 1 Sentyabr tarixdə "Artsax" prezidentliyindən də istefa verib. Son anda əmisi oğlu Artur Arutunyanı "Artsax" hökumətinin dövlət naziri təyin etdirməyə də imkan tapıb.
Son günlər Azərbaycanın antiterror əməliyyatları başlayanda o, Xankəndində, bunkerdə təslim aktını imzalayan "rəhbərlik" arasında görüntülənib.
Ondan sonra onun haqqında məlumat yoxdur. İnternetdə, sosial mediada onun haqqında heç nə yoxdur.
Xatırlayıram ki, 2-ci Qarabağ Savaşında Azərbaycan Ordusunun dəqiq zərbələri ilə gizləndiyi bunkerdə ağır yaralanması haqqında məlumatlar yayılmışdı.
Bu haqda o zaman Prezidentin köməkçisi Hikmət Hacızadə də məlumat vermişdi.
Lakin o zaman o, sağ qalmağı bacarmışdı.
Görəsən indi haradadır ?
Düşünürəm ki, Araik bizim xüsusi xidmətin , necə deyərlər xüsusi diqqət mərkəzində olmalıydı, güman ki, kəşfiyyat qurumlarımız antiterror əməliyyatından öncə onu izləməmiş ola bilməzdi.
Əminəm ki , bizim xüsusi xidmətlərdə onu izləmək üçün yetərincə resurslar ( kadr, agentura, texnologiya və s.) olmamış deyil.
Yeri gəlmişkən, Araik 2-ci Qarabağ Savaşında Karabakh Telecom-u da zorla, hərbi güclə Livan ermənilərinin əlindən alıb şəxsən özəlləşdirmişdi.
İndi maraqlı sual yaranır ki, onun taleyi necə oldu ? Bizim xüsusi xidmətlər onu zərərsizləşdirə bilibmi?
Yoxsa artıq rusların köməyi ilə Ermənistanda, Rusiyada, yaxud da son müharibədən öncə tez -tez səfər etdiyi Fransada sığınacaq tapıb?
Ümumiyyətlə isə, Araik tək deyil. 30 ildə baş verənlərə görə cavab verməli olan siyasi, ideoloji, hərbi "liderlər", "Artsax" liderləri çoxdur.
Onların da səsi gəlmir, açıqlamaları yoxdur, internetdə heç bir məlumat yoxdur. Sanki qeybə çəkiliblər.
Ümid edirəm ən yaxın zamanlarda bu sualların cavabı tapılacaq.
Osman Gunduz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.