Moskvanın səfir GEDİŞİ – Kreml Ermənistanla bağlı siyasətini dəyişir

25-05-2024, 17:18           
Moskvanın səfir GEDİŞİ – Kreml Ermənistanla bağlı siyasətini dəyişir
Mayın 24-də Rusiyanın Ermənistandakı səfəri Sergey Kopırkin Moskvaya geri çağırılıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bunu səfirin məsləhətləşmələr üçün gəlməsilə əlaqələndirib.

Məlumdur ki, son zamanlar İrəvanla Moskva arasında münasibətlərdə soyuqluq yaranıb. Ermənistanın Qərbə doğru istiqamət götürməsi fonunda Moskva ilə İrəvan arasında münasibətlər gərginləşib. Lakin sonradan Paşinyanın Moskvaya səfəri çərçivəsində münasibətlərdəki gərginlik müəyyən dərəcədə azaldı. Amma bununla belə, Rusiya Ermənistandakı səfirini geri çağırıb.

Ölkələr arasındakı gərginlik yenidən artır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Tofiq Abbasovun fikrincə, Kopırkinin geri çağırılması Kremlin İrəvanla bağlı siyasətində böyük dəyişikliklərin olacağına işarədir:

“Adətən münasibətlərdə soyuqluq, anlaşılmazlıq ortaya gələndə səfirin geri çağırılması kimi prosedurlar yer alır. Səfir geri çağırılırsa, deməli məsləhətləşmələr adı altında yeni plan və yanaşmaların işlənməsinə zərurət yaranıb. Kopırkin kifayət qədər güclü, çevik və təcrübəli diplomatdır. Ermənistanla böyük boşluqların yarandığı və onun genişlənəcəyi bəlli idi. Kopırkin bu mənada İrəvandakı fəaliyyəti dövründə Rusiya siyasətini kifayət qədər əməli şəkildə təqdim edə bilib.

Bəlkə də Kopırkinin yerinə İrəvana başqası səfir təyin olunacaq. Lakin deməzdim ki, Kopırkinin geri çağırılması onun buraxdığı səhvlərlə əlaqəlidir. Amma o yerində qalacaqsa, ola bilsin, Rusiyanın Ermənistanla bağlı siyasətində yeniliklər, böyük dəyişikliklər olacaq. Dəyişəcəksə, bu siyasət həm sərtləşəcək, həm də yeni çalarlar meydana gələcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.