Bayden və Netanyahu Qəzza müharibəsini və atəşkəs danışıqlarını müzakirə edəcək

26-07-2024, 17:24           
Bayden və Netanyahu Qəzza müharibəsini və atəşkəs danışıqlarını müzakirə edəcək
ABŞ prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahunu cümə axşamı Ağ Evdə qəbul edəcək. Onların İsrailin Qəzza zolağında HƏMAS-a qarşı müharibəsi ilə bağlı müzakirələr aparacağı gözlənilir.

ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi çərşənbə günü jurnalistlərə görüş zamanı Baydenin "İsrailin təhlükəsizliyinə sadiqliyini" ifadə edəcəyini və İranın dəstəklədiyi Yaxın Şərqdəki HƏMAS, Livandakı "Hizbullah" və Yəməndəki husi militant qruplaşmalarının İsrailə qarşı təhdidlərini müzakirə edəcəyini bildirib.

Qəzzadakı humanitar vəziyyətlə yanaşı, Bayden və Netanyahu həmçinin döyüşlərin dayandırılması, HƏMAS-ın Qəzzada saxladığı girovların azad edilməsi, İsraildəki fələstinli məhbusların azad edilməsivə Qəzzada fələstinlilərə humanitar yardımın həcminin artırılması məsələlərini müzakirə edəcək.

Birləşmiş Ştatlar İsrail və HƏMAS-ın rəqabətli tələbləri fonunda aylardır davam edən atəşkəs danışıqlarına Misir və Qətərlə birlikdə vasitəçilik edir.

ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi nəzərdə tutulan üç mərhələli sazişin birinci mərhələsi üçün əsas çərçivənin olduğunu bildirib və deyib ki, müzakirəçilər razılaşma əldə edilməsinə çalışdığı üçün ABŞ “qarşıdan gələn həftə ərzində fəallıq gözləyir”.

Birinci mərhələ 42 gün davam edəcək və HƏMAS girovların bəzilərini, o cümlədən qadınlar, 50 yaşdan yuxarı kişilər, xəstə və yaralıları azad edəcək. ABŞ rəsmisi birinci mərhələ üçün həyata keçirilməli olan addımların "həqiqətən hər gün necə işləyəcəyini" öyrənmək qalır.

"HƏMAS-dan ehtiyac duyduğumuz bəzi şeylər var, İsrail tərəfdən də istədiyimiz bəzi şeylər var" - deyə, rəsmi bildirib.

Görüşdən sonra Bayden və Netanyahu girovlar arasında olan amerikalıların ailələri ilə görüşməlidirlər.

Netanyahunun proqramına cümə axşamı noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərində Demokratların əsas namizədi olan vitse-prezident Kamala Harrislə danışıqlar da daxildir.

Respublikaçılar Partiyasından namizəd, keçmiş prezident Donald Tramp Netanyahunu danışıqlar üçün cümə günü qəbul edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.