Mark Rütte: Rusiyanın destruktiv addımlarının qarşısının alınması NATO-nun prioritetlərindəndir

19-10-2024, 10:38           
Mark Rütte: Rusiyanın destruktiv addımlarının qarşısının alınması NATO-nun prioritetlərindəndir
"NATO-nun əsas prioritetləri regionun müdafiəsinin gücləndirilməsi, Rusiyanın destruktiv addımlarının qarşısının alınması, eləcə də milyarda yaxın insanın təhlükəsizliyinin təminatından ibarətdir".

APA alyansın saytına istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte quruma üzv ölkələrin müdafiə nazirlərinin Brüssel görüşündə bildirib.

Alyans üzvlərini Rusiyanın rəhbər tutduğu ritorikadan agah edən M. Rütte əlavə edib ki, nüvə təhlükəsizliyinin təminatı NATO üçün hər zaman olduğu kimi bu gün də prioritet məsələdir.

Baş katibin qənaətincə, bu xüsusda müdafiə sənayesi istehsalının artırılması, habelə yeni texnologiyaların tətbiqi təhlükəsizliyin vacib elementini təşkil edir.

Qeyd edək ki, oktyabrın 17-də NATO-nun müdafiə nazirləri ilk dəfə olaraq Avstraliya, Yaponiya, Cənubi Koreya və Yeni Zelandiyadam olan həmkarları ilə təhlükəsizlik, eləcə də Ukrayna məsələsi, o cümlədən Çin, Şimali Koreya və İranın Rusiyaya dəstəyini müzakirə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru