Putin media rəhbərlərini təəccübləndirib

20-10-2024, 16:48           
Putin media rəhbərlərini təəccübləndirib
Prezident Vladimir Putinin BRİKS ölkələrinin aparıcı KİV rəhbərləri ilə görüşündə səsləndirdiyi bəyanatlar tədbirin bir çox iştirakçıları üçün sensasiya olub.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “RİA Novosti”-yə “Rossiya seqodnya” media qrupunun baş direktoru Dmitri Kiselyov məlumat verib.

Onun sözlərinə görə, Latın Amerikası ölkələrinin və Misirin nümayəndələri çox ttəccübləniblər:

“Həm faktura, həm prezidentin danışdıqlarının məzmunu, həm də Rusiya liderinin onlara göstərdiyi diqqət baxımından onlar çox təəccübləndilər”.

Kiselyovun sözlərinə görə, görüşdə Çindən CGTN-nin rəhbəri Fan Yun, Hindistanın PTI xəbər agentliyinin icraçı redaktoru Sudhakar Nair, Səudiyyə Ərəbistanı, BƏƏ və Afrika ölkələrinin nümayəndələri də iştirak ediblər. Agentliyin həmsöhbəti qeyd edib ki, Putin beləliklə çoxmilyardlıq auditoriya qarşısında çıxış etmək imkanı əldə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru