Alen Simonyanın Ermənistan və Azərbaycana düşmən olan ölkələr deyəndə kimi nəzərdə tutub? - Politoloq şərh edir

21-10-2024, 09:34           
Alen Simonyanın Ermənistan və Azərbaycana düşmən olan ölkələr deyəndə kimi nəzərdə tutub? - Politoloq şərh edir
Ermənistan parlamentinin sədri Alen Simonyanın “Azərbaycan BMT-nin qətnamələri əsasında Qarabağda əməliyyat keçirib və dünya bu müharibəyə bizim istədiyimiz kimi reaksiya vermədi” cümləsi qədər eyni müsahibədə Rusiyaya atmacaları da diqqətçəkicidir.
Simonyan bildirib ki, Ermənistan və Azərbaycana düşmən olan ölkələr sülh danışıqlarının dalana dirənməsini istəyirlər.
Aydındır ki, Simonyan bunu deyərkən, nə ABŞ, nə Fransa, nə də ki, İranı nəzərdə tutub. Ermənistanın bu 3 ölkə ilə sıx tərəfdaşlıq münasibətləri var. Ermənistan parlamentinin sədri Rusiyaya eyham vurub.
Simonyanın 3+3 platformasıyla bağlı səsləndirdiyi fikirdə də Rusiyaya eyham var: “Mən, açıq desəm, nə üçün mövcud olmuş və ya mövcud olandan başqa başqa formata ehtiyacımız olduğunu başa düşmürəm”.
Yəni Simonyan demək istəyib ki, Rusiyanın iştirak etdiyi format Ermənistanın maraqlarına cavab vermir. Buna baxmayaraq, İrəvan istəsə belə Tbilisi kimi bu formatdan imtina etməyəcək.
Çünki, bu İrəvanın açıq-aşkar qonşu dövlətlər olan Rusiya, Türkiyə və İranın Cənubi Qafqazda təhlükəsizlik sistemində yer almasının əleyhinə mövqe kimi qiymətləndiriləcək. İrəvan belə riskə getməyəcək.
Elxan Şahinoğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.