GUNDEMİNFO.AZ-a haker hücumları ara vermir

3-06-2015, 13:16           
GUNDEMİNFO.AZ-a haker hücumları ara vermir
GUNDEMİNFO.AZ-a haker hücumları ara vermir

Razi Abasbəyli: «Hücum edənlərin kimliklərini mətbuata açıqlayacağıq»

Son 3 gün ərzində GUNDEMİNFO.AZ Xəbər portalına qarşı şiddətli haker hücumları təşkil edilir. Bu barədə saytın rəhbəri Razi Absəbəyli məlumat verib. Portal rəhbəri bildirib ki, ölkədən kənardan edildiyi görünən haker hücumlarının əslində daxildə bağlantılarının olduğunu da müəyyən ediblər. Hücumların şiddətinin hər saat artdığını söyləyən sayt rəhbəri yaranmış problemlə bağlı olaraq müraciət hazırladıqlarını da söylədi. «Azərbaycan çox mühim bir beynəlxalq tədbirə ev sahibliyi etdiyi bir vaxtda kimlərinsə sifarişi ilə saytımıza qarşı hücumlar təşkil edilir. Bu hücumların təşkil edilməsi ilə bağlı məlum şəxslər var. Onlar mətbuata bu şəkildə təzyiqlər etməklə əslində cənab prezidentin mətbuata göstərdiyi qayğı və dəstək siyasətinə qarşı çıxırlar. Yaranmış vəziyyəti mətbuata təzyiq kimi qiymətləndirərək bəyan edirik ki, ən qısa zamanda bu hücumlar dayanmasa mətbuata konkret adlar və hücum edən ünvanların İP göstəricilərini açıqlayacağıq. Biz hesab edirik ki, bu bir cinayətdir və mətbuata qarşı təşkil olunmuş terrordur» deyə həmsöhbətimiz bildirdi.
P.S: teref.az saytıda eyni İP adreslərdən hücumlara məruz qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru