Paşinyan BƏYAN ETDİ: Erməni xalqı adından sülh sazişini imzalama hazıram - AKTUAL
16-04-2025, 11:52
Ermənistan xalqı adından Azərbaycanla sülh sazişini imzalamağa hazıram.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında yazıb.
“Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin layihəsi razılaşdırılıb, saziş layihəsi üzrə danışıqlar başa çatıb. Bu o deməkdir ki, sazişin imzalanması ilə bağlı müzakirələr mərhələsinə daxil olmuşuq və mən Ermənistan xalqı adından sazişi imzalamağa hazır olduğumu bəyan edirəm”, - baş nazir qeyd edib.