Trampın sərt rüsum siyasəti: Milyarderlərə 44 milyard dollar ziyan dəyib

17-04-2025, 12:14           
Trampın sərt rüsum siyasəti:
Amerikanın texnologiya sektorunun milyarderləri 2-14 aprel tarixlərində Tramp administrasiyasının idxal rüsumları tətbiq etməsindən sonra müşahidə olunan bazar qeyri-müəyyənliyi fonunda ümumilikdə 44 milyard dollar vəsait itirib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, ən böyük itkini “Meta” korporasiyasının həmtəsisçisi Mark Zukerberq görüb. Onun aktivləri bu müddət ərzinə 216 milyard dollardan 185.3 milyard dollara qədər azalıb.

“Oracle” texnoloji şirkətinin direktorlar şurasının sədri Larri Elison isə nə az nə çox, 24,1 milyard dollar ziyan çəkib. “Google” həmtəsisçisi Larri Peyc və Sergey Brin müaviq olaraq 11,1 milyard və 10,7 milyar dollar həcmində vəsait itiriblər.

Başqa milyarderlərin aktivlərinin zəifləməsi fonunda, Trampın əsas “silahdaşlarından” olan, DOGE rəhbəri İlon Maskın aktivləri əksinə 26 milyard dollar artaraq, ümumi varidat 368.1 milyard dollara çatıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.