Rusiya MDB-də kiril əlifbasını bərpa etməyə çalışır

7-06-2017, 09:06           
Rusiya MDB-də kiril əlifbasını bərpa etməyə çalışır
Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva MDB məkanında kiril əlifbasına qayıtmağı təklif edib.

SSRİ-nin parçalanmasından sonra Özbəkistan, Türkmənistan, Azərbaycanda kiril əlifbasından latına keçid həyata keçirilir. Qazaxıstan hökuməti 2025-ci ildən ölkənin tamamilə latın əlifbasına keçəcəyini bildirib. Bu barədə Rusiyanın “RİA Novosti” xəbər agentliyi yazıb.

“Son 10 ildə əlifbanın latınlaşdırılması və ərəbləşdirilməsi böyük müzakirə mövzusu olub. Biz elə indi MDB məkanında vahid əlifbaya qayıtmalıyıq – bu, kiril əlifbasıdır, ona görə ki, bizim yaxın xaricdə yaşayan əhalimiz hələ də kiril əlifbasına sevgidən və ehtiyacdan danışır”, – Vasilyeva rus dilinə həsr olunmuş forumda belə deyib.

Vasilyeva vurğulayıb ki, Rusiya kiril əlifbasının yayılması ilə bağlı öz mövqeyini çox aydın şəkildə ortaya qoymalıdır.

“Baxmayaraq ki, son iki onillikdə bu mövqe bir az zəifləyib”, – Vasilyeva bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.