Ermənistanda ötən ilin iyul ayının 19-da polis avtomobilinin şüşəsini sındırmaqda ittiham olunan "Yeni siyasi mədəniyyət" partiyasının sədri Ani Zaxaryan azadlıqdan məhrum edilib.
AzVision.az xəbər verir ki, partiya sədri barədə hökm bu gün İrəvanın Mərkəzi və Nork-Maraş inzibati rayonlarının məhkəməsi tərəfindən verilib.
Məhkəmə qərarına əsasən Zaxaryan 1.5 il müddətinə azadlıqdan məhrum edib, barəsində iki il sınaq müddəti müəyyən edilib.
Qeyd edək ki, ittihamçı Ani Zakaryana 4 il həbs cəzası verilməsini tələb edib.