Bu sənəd erməniləri qətiyyən qorumur - Zoqrabyan

5-07-2017, 08:44           
Bu sənəd erməniləri qətiyyən qorumur - Zoqrabyan
Ermənistan vətəndaşları heç bir strukturda Konstitusiyanın onları qoruduğunu hiss etmirlər.

Axar.az xəbər verir ki, bu sözləri “Çarukyan” blokunun deputatı Naira Zoqrabyan erməni mediasına açıqlamasında deyib. İyulun 5-nin Ermənistanda Konstitusiya günü olduğuna diqqət çəkən Zoqrabyan bugünün heç bir mənası olmadığını vurğulayıb:

“Bəli, təqvimlə 5 iyul Konstitusiya günüdür. Ancaq mən cəmiyyətdə bu günün ölkənin ana qanununun və vətəndaşları qoruyan sənədin qəbul edildiyi gün kimi qarşılandığını hiss etmirəm. Konstitusiya yalnız kağız üzərindədir”.

Onun sözlərinə görə, əgər Ermənistanda Konstitusiya yaşamaq haqqını qorusaydı, insanlar da bu bayramı qeyd edərdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.