“Ermənistan əsassız və qanunsuz siyasi tələbləri üçün mülki əhalini hədəfə almağı dayandırmalıdır" - Raşida Dati

6-07-2017, 14:20           
“Ermənistan əsassız və qanunsuz siyasi tələbləri üçün mülki əhalini hədəfə almağı dayandırmalıdır" - Raşida Dati
Avropa Parlamentinin üzvü, Fransa Senatının deputatı Raşida Dati Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan ordusunun artilleriya atəşi nəticəsində dinc sakinlərin ölməsi ilə bağlı bəyanat verib.

Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyevanın APA-ya verdiyi məlumata görə, bəyanatda əvvəlcə qurbanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verilir.

Bəyanatda deyilir ki, günahsız insanların öldürülməsi, qeyri-insani aktlar dayandırılmalıdır: “Münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmalıdır. Zorakılıq heç vaxt həll yolu ola bilməz. ATƏT-in Minsk qrupu tərəflərdən hərbi aktları dayandırmağı tələb edir. ATƏT-dən mülki əhalinin müdafiəsi, eləcə də Azərbaycanın ərazi bütövlüyünə riayət edilməsi istiqamətində daha konkret öhdəlik götürməsini tələb edirik. Ermənistandan əsassız və qeyri-qanuni siyasi tələblər üçün mülki əhalini hədəfə almağı tez bir zamanda dayandırmağı tələb edirik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.