Pakistan da reaksiya verdi - `Azərbaycan xalqı ilə həmrəyik`
6-07-2017, 16:54
“Pakistanın Dağıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi var. Biz münaqişənin Azərbaycanın ərazi bötüvlüyü və BMT-də qəbul olunan dörd qətnamə əsasında həllinin tərəfdarıyıq”.
Femida.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfirliyinin hərbi attaşesi İmran Əli bildirib.
“Biz istənilən məsələdə Azərbaycan və Azərbaycan xalqı ilə həmrəyik. Alxanlıda baş verən hadisə dinc əhaliyə qarşı cinayətdir”-deyə İ.Əli vurğulayıb.