Bütün Amerika həlak olan azərbaycanlıların ailələri ilə bilrikdə hüzün içindədir - ABŞ səfirliyinin attaşesi

6-07-2017, 17:04           
Bütün Amerika həlak olan azərbaycanlıların ailələri ilə bilrikdə hüzün içindədir - ABŞ səfirliyinin attaşesi
"Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın ölümü, kənd sakini Səlminaz Quliyevanın yaralanması bizi çox təəssüfləndirir”.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin hərbi atteşesi James Tomson deyib.

O deyib: "Bütün Amerika onların ailələri ilə bilrikdə hüzün içindədir".

Onun sözlərinə görə, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli regiona sülhün, mülki əhali üçün təhülkəsizlik və sabitliyin təmin olunması üçün ideal yoldur.
J.Tomson hadisə yeri ilə tanış olmaq üçün hərbi atteşələri bura dəvət etdiyi üçün Azərbaycan Hökümətinə təşəkkürünü bildirib.

Bu gün hərbi attaşelər və xarici KİV nümayəndələri Füzuli rayonunun Alxanlı kəndində erməni silahlılarının yaraladığı Sərvinaz Quliyevaya baş çəkdikdən sonra erməni təxribatı nəticəsində həlak olmuş Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Sahibə Quliyeva və onun nəvəsi 2016-cı il təvəllüdlü Zəhra Quliyevanın qəbirlərini ziyarət edib, onların ailə üzvləri və kənd sakinləri ilə görüşüblər.

Daha sonra səfər iştirakçıları Alxanlı kəndində hadisənin baş verdiyi əraziyə baxış keçiriblər.

Səfərdə “TRT”, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, “RİA Novosti”, Amerikanın Səsi, “İnterfax”, “BBC” və digər xarici KİV nümayəndələri, habelə 12 dövlətin 15 hərbi attaşesi və nümayəndəsi iştirak edir. Bu sırada ABŞ, Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Qazaxıstan, Çexiya, Ukrayna, Gürcüstan, Belarus hərbi nümayəndələri və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin diplomatı da var.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.