Azərbaycanlı gənc tək başına Rusiyada Ermənistan səfirliyinin qarşısında aksiya keçirib VİDEO

6-07-2017, 20:32           

O, əlində Azərbaycan bayrağı iyulun 4-də Füzulinin Alxanlı kəndində Ermənistan Silahlı Qüvvələrinin artilleriya atəşi nəticəsində həlak olan iki yaşlı Zəhra Quliyevanın qan içində olan cəsədinin fotolarından ibarət "Uşaq qatilləri" yazılan plakatla Ermənistan səfirliyinin qarşısında təkbaşına etiraz edib.

S. Qəmbərov bu addımı ilə Ermənistanın cinayətkar rəhbərliyinin iç üzünü Rusiya ictimaiyyətinə göstərmək istədiyini bildirib: "Rusiya əhalisi Ermənistanın uşaq qatili olduğunu bilməlidir. Rusiya televiziyaları, xəbər agentlikləri bu barədə heç nə göstərmir və yazmır. Kütləvi etiraz aksiyası keçirməyə də icazə vermirlər. Ona görə də bu yolla təkbaşına Ermənistan dövlətinə öz etirazımı bildirirəm. Rusiyada yaşayan bütün azərbaycanlı gənclər mənimlə həmfikirdir. Erməni terroruna son qoyulmalıdır. Uşaq qatili olan Ermənistan rəhbərliyi cəzalandırılmalıdır".

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.