Avropa Parlamenti Alxanlıdakı təxribatla bağlı bəyanat yayıb

7-07-2017, 00:23           

Avropa Parlamentinin komitə sədrləri iyulun 4-də erməni silahlı birləşmələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərə qarşı törətdikləri təxribatla bağlı bəyanat yayıblar.

Avropa Parlamentinin təmsilçiləri bu həftə Ermənistan və Azərbaycan arasında baş verən güc tətbiqindən narahat olduqlarını bildiriblər.

Bəyanat müəllifləri münaqişə tərəflərini hərbi əməliyyatları dərhal dayandırmağa çağırıblar.

Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.