İran dini liderinin nümayəndəsi: İkiyaşlı Zəhranın öldürülməsi vəhşilikdir
9-07-2017, 09:00
İran İslam Respublikasının ali rəhbərinin Ərdəbil vilayətindəki nümayəndəsi və Ərdəbil şəhərinin imam-cüməsi Ayətullah Seyid Həsən Amili Ermənistanı kəskin tənqid edib. "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində 2 yaşlı Zəhra Quliyevanın öldürülməsini vəhşilik adlandıran Həsən Amili Dağlıq Qarabağ bölgəsinin əzəli Azərbaycan torpağı olduğunu vurğulayıb.