"BMT sülhməramlılarının olmadığı və dünyanın aparıcı media mərkəzlərinin nümayəndələrinin burnunu belə soxa bilmədiyi, Mərkəzi Afrika terror ocaqlarına.." - ... yaxud qondarma saytın uydurması

9-07-2017, 10:07           

Yeganə HACIYEVA
Dünən xaricdə fəaliyyət göstərən saytların birində (reklam olmaması üçün saytın adını yazmırıq – VAXT.AZ) saytında bir bolqar jurnalistin ifadələrinə istinadən Azərbaycan Hava yollarının dünyada terror ocaqlarına yükdaşımalarda iştirak etdiyini iddia edilən yazısı gedib. Yazı özlüyündə çox qeyri ciddi, faktsız, sübutsuz, uydurma və bu saytın silsilə qarayaxmasından biridir. Diqqətli və azacıq analiz qabiliyyəti olan oxucu yazını oxuyanda yaranan suallarla yazının hansısa dairələrin sifarişi ilə, qeyri professional yazıldığını şahidi olur. Məsələn, yazida istinad edilən bolqar jurnalist iddia edir ki Mərkəzi , Şimali Afrika və Yaxın Şərqdə olan terror ocaqlarına səfər edərkən şahid olub ki, bu terror ocaqlarına silah daşımalarını bizim hava yolları şirkəti həyata keçirirmiş.
Burda belə bir suallar yaranır:
- BMT sülhməramlılarının olmadığı və dünyanın aparıcı media mərkəzlərinin nümayəndələrinin burnunu belə soxa bilmədiyi, Mərkəzi Afrika terror ocaqlarına bir qadın jurnalist necə və hansı statusda səfərlər edirmiş?
- O hansı statusda bir «jurnalist» imiş ki terrorçuların silah və texnikalarını haqqında məlumatları toplayır və nəqliyyat yollarını öyrənirmiş?
- O bu məlumatları kimin üçün və hansı tapşırıq əsasında toplayırmış? Əgər yazıda qadının iddia etdiyi səfərlər doğurdan da həyata keçirilibsə, deməli bu qadının hansısa xüsusi təyinatlı fəaliyyətlə məşğul olması şübhəsizdir və deməli bizim şirkətləri haqqında söylədiyi fikirlər də onun növbəti xüsusi təyinatlı tapşırığıdır və bu halda artıq daha fərqli suallar yaranır:
- Həmin sayt bir xüsusi təyinatlı fəaliyyəti olan şəxsin uydurmalarını hansı məqsədlə tirajlayır?
- Onları birləşdirən ortaq maraqlar və ya ortaq dairələr hansıdır? Diqqət verməzdim bu yazıya əgər bu qədər həssas bir məqamda paylaşılmasa idi və sonuncu verdiyim suallara şəxsən mənim özümdə cavabım var . Bilirəm ki bu sayt hələ nə «performans»lar göstərəcək , necə deyərlər puluna minnət ...
P.S. Bilirsiniz nəyə üzülürəm, o yazının altında mənim də tanıdığım, səmimi, dəyər verdiyim insanlardan bir neçəsinin də «like»ı durur. Deyək ki, gəncləri təcrübəsizliyinə bağışlayaq, bəs təcrübəli, yaşlı insanlar? Axı gərək insan nifrət hissinin ədalət hissini, millət, dövlət heysiyyatını unutduracaq qədər, proseslərin dəyərləndirilməsində reallıq hissini itirəcək qədər üstələməsinə imkan verməsin...
vaxt.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.