Müsavat başqanından gözlənilməz mövqe – Kılıcdaroğlunu dəstəklədi, Ərdoğanı qınadı

10-07-2017, 01:45           

Müsavat başqanı Arif Hacılı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ATƏT-i Avropada bir örgüt adlandırmasına, beynəlxalq rəylə hesablaşmamasına münasibət bildirib.
“Qarabağın işğalı yalnız Azərbaycanın deyil, bəşəriyyətin, regionun, eyni zamanda Türkiyə Cümhuriyyətinin problemidir.
Sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ki, beynəlxalq qurumların rəyi, mövqeyi ilə belə hesablaşmır, ATƏT i Avropada olan bir örgüt adlandırır, Beynəlxalq Amnistiya təşkilatı nümayəndələrini həbs etdirir, nədən Qarabağın işğaldan azad edilməsi üçün də Türkiyə Ordusuna əmr vermir? Nədən və kimdən çəkinir?” -Arif Hacılı bildirib.
Turkustan.info xəbər verir ki, adətən, sağ-mərkəzçi kimi tanınan Müsavat Partiyasının hazırkı başqanının digər bəyanatı isə solçu ideologiyanın təmsilçisi Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Kemal Kılıcdaroğlunun bu gün İstanbulda keçirdiyi mitinqə dəstək verməsi ilə bağlıdır.
A.Hacılı CHP-nin hakimiyyət əleyhinə olan mitinqinin şəklini paylaşaraq aksiya haqqında Facebook səhifəsində bu sözləri yazıb: “Türkiyə xalqının hüquq və ədalət uğrunda mübarizəsini dəstəkləyirəm və bu mübarizədə qalib gələcəyinə inanıram”.
Müsavat başqanından gözlənilməz mövqe – Kılıcdaroğlunu dəstəklədi, Ərdoğanı qınadı













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.