Dünya Bankı: Müharibə Suriyaya 226 milyard dollara başa gəlib
11-07-2017, 09:10
Dünya Bankının analitikləri Suriyadakı vəziyyətlə bağlı hesabat hazırlayıblar. "Report" xəbər verir ki, onlar müharibənin ölkəyə vurduğu ziyanı hesablayıblar. 2011-ci ildən Suriyada başlayan hərbi əməliyyatlar ölkə iqtisadiyyatına 226 milyard dollar məbləğində ziyan vurub. "İnfrastrukturun dağıdılmasından çox, sosial-iqtisadi əlaqələrin pozulması ölkəyə böyük ziyan vurub", - deyə bankın analitikləri hesab edirlər. Müharibədən əvvəl Suriya ÜDM-i 60,2 milyard dollar təşkil edirdisə, indi bu göstərici 24 milyarddan çox deyil.