Azərbaycandan Rusiyaya rəsmi müraciət - Elçin Quliyev ordu generalına məktub göndərdi

11-07-2017, 21:24           

Ermənistanın ru.armeniansputnik.am internet resursu Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti ilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının birgə təlimi zamanı İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə dövlət sərhədinin yarılmasına cəhdin qarşısının alınması ssenarisi üzrə keçirilən təlimlərin keçirilməsi ilə bağlı məlumat yayıb.

teref.az xəbər verir ki, DSX mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, DSX rəisi general-polkovnik Elçin Quliyev tərəfindən məsələyə aydınlıq gətirilməsi məqsədi ilə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin direktoru ordu generalı Vladimir Kulişova rəsmi məktub göndərilib.

Qeyd olunub ki, yaxın müddətdə məsələ ilə bağlı əlavə məlumat veriləcək.

Xatırladaq ki, ru.armeniansputnik.am internet resursunda yayılan məlumata görə, Rusiya və Ermənistan İranla sərhəddə təlimlər keçirib. Təlimlərdə İran-Ermənistan sərhədini keçən şərti sərhəd pozucularının Rusiyanın Mehridəki sərhəd dəstəsinin köməyi ilə yaxalanma ssenariləri işlənib. Təlimlərin bir hissəsinin Azərbaycanın işğal olunmuş ərazilərində keçirildiyi qeyd olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.