“Tribunadakı gənc mənəm, bəs siz hardasınız?” - Tanınmış YAP-çı maraqlı video paylaşdı

11-07-2017, 22:15           
“Tribunadakı gənc mənəm, bəs siz hardasınız?” - Tanınmış YAP-çı maraqlı video paylaşdı
Yeni Azərbaycan Partiyasının (YAP) qurucu üzvlərindən olan Sadiq Qurbanov Facebook-da maraqlı bir tarixi video paylaşıb.

Dia.az azpolitika.info-ya istinadən xəbər verir ki, paylaşılan videokadrlardan görünür ki, 1992-ci ilin prezident seçkiləri ərəfəsində Heydər Əliyevin tərəfdarları parlamentin qarşısında yaş senzinə qarşı mitinq keçirirlər. Bir neçə yüz adamın iştirak etdiyi aksiyada hazırki Bakı meri Hacıbala Abutalıbov və Sirus Təbrizli odlu-alovlu çıxışlar edirlər.

S.Qurbanov videoya əlavə etdiyi düşündürücü qeydində yazır: Əziz dostlarım! 25 il əvvəl Heydər Əliyev fenomenini qəbul edən, mövqeyi ortada olan, qorxmaz insanları bir daha görun və xatırlayın (həm sayını, həm də kimliklərini). Bu gün çoxları özünün dövlətcilik fəaliyyəti, Heydər Əliyevi necə sevdiyi və onun hakimiyyətə gəlməsi ücün nələri etdiyi, nələri qurban verdiyi haqda tez -tez danışır. Bu da fakt… Buyurun, özünüzü tapın! Tribunadakı cins geyinib, başında idman papağı olan gənc oğlan mənəm, bəs siz hardasınız?”

S.Qurbanovun paylaşdığı videonu təqdim edirik:
[media=https://www.youtube.com/watch?v=TCwk3KVB-Vw]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.