ABŞ-dakı siyasi qalmaqalda azərbaycanlı bulaşığı; Ağalarovlar Trampa nə təklif edib?

12-07-2017, 09:10           

ABŞ prezidentinin oğlu, kiçik Donald Tramp Twitter səhifəsində rusiyalı vəkil Nataliya Veselitskaya ilə görüşlə bağlı PR-mütəxəssis və Britaniya nəşrlərindən birinin keçmiş reportyoru Rob Qoldstounla elektron yazışmasını açıqlayıb.

Kiçik Tramp yazışmaya izah da verib.

“Tam aşkarlığa can ataraq Rob Qoldstounla 2016-cı ilin iyunun 9-da baş verən görüşlə bağlı elektron yazışmanı dərc edirəm. Birinci yazışma 2016-cı ilin iyunun 3-də Robdan olub, bu Emin Ağalarovun xahişi ilə bağlı olub, onu 2013-cü ildə Moskvada keçirilən gözəllik müsabiqəsindən tanımışam”, – deyə o qeyd edib.
Kiçik Trampın izahından anlaşılır ki, Qoldstoun Emin Ağalarovdan ABŞ-ın keçmiş dövlət katibi, həmin vaxt prezidentliyə namizəd olan Hillari Klintonla bağlı məlumat təklifi alıb.



Kiçik Tramp qeyd edib ki, o Klintonla bağlı təklif edilən informasiyanın siyasi müxalifətlə bağlı araşdma olduğunu düşünüb: “Emin və Araz Ağalarovlar Moskvada çox nüfuzlu şirkətin sahibidirlər. Onların Klintonla bağlı təklif etdiyi məlumatın siyasi müxalifətin araşdırması olduğunu düşündüm. Əvvəl sadəcə telefonla danışmaq istədim. Ancaq bu baş tutmayanda dedilər ki, Nyu-Yorkda bir qadınla görüşməliyəm”.

Here is page 4 (which did not post due to space constraints). pic.twitter.com/z1Xi4nr2gq

— Donald Trump Jr. (@DonaldJTrumpJr) July 11, 2017


Qoldstounla yazışmada kiçik Tramp məlumatı almaqda maraqlı olduğunu göstərir. Qoldstoun Emin Ağalarovun maraqlarını təmsil edən rusiyalı vəkil Nataliya Veselitskaya ilə görüşdə vasitəçi kimi çıxış edib.
Qoldstounun məktubunda mövzu kimi “Rusiya-Klinton, konfidensial məlumat” göstərilib.
azadliq.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.