Ekspertdən Zakir Həsənova 3 sual
13-07-2017, 21:58
Elxan Şahinoğlu facebok səhifəsində Müdafiə Naziri Zakir Həsənova 3 sual ünvanlayıb.teref.az olaraq o sualları sizə təqdim edirik:
Ötən ilin aprelindəki döyüşlərin genişlənməsinə və daha çox ərazimizin azad olunmasına Rusiyanın əngəl olduğunu, Kremlin Bakıya təzyiq etdiyini bilirdik. Bunu mən “Aprel atəş(kəs)i” kitabımda geniş təhlil etmişəm. Ancaq ilk dəfədir ki, Azərbaycan rəsmisinin dilindən Kremlin Bakıya hansı şəkildə təzyiq etdiyini öyrənmiş olduq. Müdafiə naziri Zakir Həsənov Rusiyanın “RİA Novosti” agentliyinə müsahibəsindəki bu həqiqətləri üzə çıxarır: “Bizi o vaxt dayandırmasaydılar, müqavimət artıq sındırılacaqdı”; “Mənə Rusiyanın müdafiə naziri Sergey Şoyqu zəng edərək, “bunu dayandır” dedi”; “Rusiyanın baş qərargah rəisi azərbaycanlı həmkarına zəng etdi”.
Müdafiə nazrinin bu cavabından sonra məndə və bəlkə də bir çoxlarınızda bu suallar beyinlərinizdə dolaşır:
1) Azərbaycan ordusu bir başqa vaxt yenə torpaqlarını azad etmək üçün hərbi əməliyyata başlasa, yenədəmi məlum ölkə bizi dayandırdıqda, biz dayanacağıq?
2) Rusiya müdafiə naziri bizim üçün hansı çəkiyə malikdir ki onun “bunu dayandır” istəyinə (əslində əmrə bənzəyir) tabe oluruq?
3) Kremlin "torpaqlarını güc yolu ilə azad etmə" istəyinə (oxu: əmrinə) tabe oluruqsa, əvəzində qazancımız nədir?
teref.az