İspaniyanın Barselona şəhərində 17 avqustda baş verən teraktla bağlı növbəti açıqlama verilib.
Axar.az xəbər verir ki, İspaniya polisinin məlumatında terrorçuların əsl məqsədinin Alkanar meydanında deyil, Barselonanın mərkəzi küçələrində partlayış törətmək olduğu bildirilib.
Terrorçuların səhvi nəticəsində Alkanarda partlayış törədildiyi qeyd edilib.
Xatırladaq ki, terror aktları nəticəsində 15 nəfər ölüb, 130 nəfər yaralanıb.