Əsəd Ərdoganı “siyasi dilənçi”lərlə müqayisə etdi

20-08-2017, 19:02           

Suriyanın prezidenti Bəşər Əsəd bu gün artıq Türkiyəni müttəfiqi hesab etmədiyini deyib.

“Basta” SANA Agentliyinə istinadən bildirir ki, Əsəd bu sözləri 20 avqustda(bu gün)Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşündə deyib.

Əsəd Suriyada müharibəni başa çatdırmaq üçün bütün təklifləri dəyərləndirdiyini, lakin bu təkliflərin çoxunun xoş məram güdmədiyini bildirib.

Suriya prezidenti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan barədə danışarkən, “o, siyasi dilənçi rolunu oynayır, ona görə Suriya bundan sonra ona etibar etməz. Türkiyə artıq Suriya üçün tərəfdaşlıq mövqeyi daşımır” deyib.

Suriyada müharibənin sonlandırılması, böhran vəziyyətindən çıxması üçün yalnız sözdə dəstək verən və terrorçularla əlaqələrini kəsməyən dövlətlərin nə səfirlikləri açılacaq, nə də onlarla hansısa əməkdaşlıq olmayacağını deyən Bəşər Əsəd əlavə edib.

Xatırladaq ki, Türkiyə, Rusiya və İranla birlikdə Mayın 4-də Suriyadakı təhlükəsizlik zonalarının yaradılması mövzusunda memorandum imzalayıb. Nəticədə, ölkədə – İdlib şəhərində, Latakiya, Hələb və Hama ərazilərində bir sıra təhlükəsizlik zonaları yaradılıb, Homs vilayətinin şimalında, Şərq Qutda, Suriyanın cənubunda – Deraa və Kuneitra əyalətlərində silahların istifadəsinə qadağa qoyulub.

Suriya Dövlət Başçısı Bəşər Əsədin və onu devirmək istəyən müxalif qruplaşmalar arasında qarşıdurma 2011-ci ildən bəri davam edir. Münaqişənin geniş miqyaslı bir vətəndaş müharibəsinə çevrilməsi zamanı daxil olan terror təşkilatları güclənib. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya 2014-cü ildən Suriyada anti-terror əməliyyatı keçirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.