Razi Nurullayevdən Fuad Qəhrəmanlıya AĞIR İTTİHAMLAR

20-08-2015, 21:03           
Razi Nurullayevdən Fuad Qəhrəmanlıya AĞIR İTTİHAMLAR
Dünən Razi Nurullayevin elan etdiyi AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsinin yaydığı bəyanatda deyilir ki, Əli Kərimli və bir qrup əlaltısı hakimiyyətlə min bir oyuna gedərək, şəxsi maraqlarını təmin etmək edir və yalançı müxalifət obrazı yaradır.


Avropa.info xəbər verir ki, bu fikirlər bir neçə ay öncə, Facebook-da yayılan bir statusu yenidən yada saldı.

Həmin statusda bildirilirdi ki, AXCP sədrinin müavini Fuad Qəhramanlı hakimiyyətdən müəyyən xidmətlər müqabilində pul alır. Qeyd edilirdi ki, hətta bəzi məqamlarda Qəhramanlıya mitinqlərin təşkili üçün pul verilib, lakin verilən vəsait aksiyaya xərclənməyib. Bu işdə vasitəçilik edən şəxsin Fuad Qəhramanlının çox yaxın dostlarından olan bir jurnalist olduğu da bildirilirdi. Qeyd edilirdi ki, həmin jurnalistin MTN və "Bandotdel" ilə yaxın münasibətləri var. Jurnalistin həmçinin Fuad Qəhramanlıya AXCP-də kimlərin həbs olunacağı ilə bağlı məlumat ötürdüyü də deyilirdi.


"Fuad Qəhramanlı hakimiyyət içərisində bir neçə qrupla işləməkdədir. və onlardan biri və ya ikisi haqda AXCP sədri Əli Kərimlinin də məlumatı var. Qəhramanlının ikili oyun oynadığı haqda məlumatlar təsdiqlənməkdədir. O, müxalifətdən iqtidara, iqtidardan isə Əli KƏrimliyə xəbər daşıyır."

Statusda daha bir məqam isə Qəhramanlı haqda ifşaedici audio və video yazıların olması barədə məlumatlardır. Bildirilirdi ki, belə bir materiallar var və "yuxarıların" razılığı alınandan sonra, mətbuata sızdırıla bilər. Qeyd olunurdu ki, Fuad Qəhramanlı ilə bağlı məsələ onun ikili oyun oynamasından sonra gündəmə gəlib."

Məsələylə bağlı Avropa.info-ya danışan Etimad Qurultayının Təşkilat Komitəsinin sədri Razi Nurullayev Fuad Qəhramanlı haqqında sensasion məlumatlar verib.

"Heç zaman Fuad Qəhrəmanlı haqqında hələ danışmamışam. Amma, AXCP-nin üfunət çəlləyi olan, söyüş və təhqir dağarcığı olan Fuad Qəhrəmanlı haqqında hər zaman eşitdiyim və cəbhəçilər arasında da dolanan bir məsələmi demək istəyirəm. Bu beyni kiçik, cılız şər və böhtan dağarcığı hakimiyyətlə çoxdan işləyir və AXCP-də basdırılan minadır. Partlayıb özünü də məhv edəcək bu əxlaqsız insan. Onu əxlaqsızlığı siyasi deyil, həm də məişət səviyyəsindədir. Bu barədə sonra. İndi isə, qoy hamı bilsin ki, o hakimiyyətdən pul alır və həmişə də alıb. Fuadın mənimlə olan gizli danışıqlarını da yaxın günlərdə açıqlayacam. Sən necə olur ki, həbs olunmursan? Axı sənin kimi danışanlar çoxdan həbsdədir, ay kiçik beyinli insan? Sən mitinq üçün də pul alırsan. Sən hər şeydən pul çıxarmağı və onu şər-böhtan zavodu Əli Kərimli ilə bölüşürsən. Bu işdə sənə vasitəçilik edən də var. Onun da adı açıqlanacaq. Peşəsi də jurnalistikadır.


Bu şəxs, MTN və “Bantotdel” ilə yaxın münasibətdədir. Ən azından hələ ki, görünən və bilinən budur. Sən elə onun əli ilə bilirdin ki, kimlər tutulacaq və kimlər çıxacaq. Bunu AXCP-də bilməyən varmı? Sən və Əli Kərimli nə qədər insanlara dost deyib sonra da önünüzdən yığışdırmaq üçün həbsə atdırmısınız? O, həm də Fuad Qəhrəmanlıya, AXCP-də kimin həbs olunacağı ilə bağlı xəbərlər də ötürür. Qoy hamı bilsin ki, bu kiçik insan hakimiyyət içərisində bir neçə qrupla işləməkdədir və onlardan biri və ya ikisi haqqında AXCP sədri Əli Kərimlinin də məlumatı var. Ona toxunmur, çünki alığını Əli kərimli ilə bölüşür.

Bu adam müxalifətdən iqtidara, iqtidardan isə Əli Kərimliyə xəbər daşıyır.

Bu kiçik adamla bağlı bildiyimə görə ifşaedici audio və video yazılar da var. Fuad Qəhrəmanlı həm də məişət pozğunudur."

Məsələ ilə bağlı Avropa.info-ya açıqlama verən Etimad Qurultayının Təşkilat Komitəsinin üzvü Rəfail Becanov bu haqda məlumatı olmadığını, lakin "od olmasa tüstü çıxaz" məsələni xatırladıb.

"Bu məsələdə indi konkret olaraq, əlimdə konkret faktlar yoxdur. Amma ümumi şəkildə demək olar ki, bu gözlənilən məsələdir. Zaman-zaman AXCP-nin rəhbərliyində təmsil olunanlar bu və ya digər formada bu əlaqələrdən istifadə ediblər və AXCP adından alver ediblər. Fədakar cəbhəçilərin inamından, bunlara olan münasibətindən istifadə edərək bu və ya digər şəkildə bəhrələniblər. Bu da təbii ki, o proseslərdən biridir. Mən də elə bir statusla tanış olmuşam. Elə bir status var. Hesab edirəm ki, yalan olmaz bu məsələlərdə. Çünki od olmayan yerdən tüstü çıxmır. Od varsa, deməli tüstü var. Bu baxımdan da ola bilsin ki, həqiqətdir. Yəni reallığa uyğun məsələlərdir. Yəni ki, AXCP rəhbərliyinin, AXCP-də təmsil olunan adamların bəzilər hər zaman bu işlə məşğul olublar. Hətta zamanında belə biz bu məsələləri bilirdik və buna qarşı da daim mübarizə aparırdıq ki, Xalq Cəbhəsinin imkanlarına, Xalq Cəbhəsinin nüfuzuna, Xalq Cəbhəsinin üzvlərinin fədakarlığından istifadə edib bu kimi addımlar atmaq olmaz. İndi başqalarını şantaj edənlər, başqalarına böhtan atanlar, kimisə kiməsə işləməkdə ittiham edənlər özləri hər zaman bu işlə məşğul olublar. Bu baxımdan da Əli Kərimlinin və onun ətrafında olan adamların konkret olaraq bu statusda adı çəkilən şəxsin Fuad Qəhrəmanlının özünün belə bu işlə, belə əməllərlə məşğul olması istisna deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.