Türkiyəli aparıcı üsyan etdi: "Binanın qarşısında şizofreniya xəstəsi var, çölə çıxa bilmirəm"

Dünən, 11:27           
Türkiyəli aparıcı üsyan etdi: "Binanın qarşısında şizofreniya xəstəsi var, çölə çıxa bilmirəm"
Türkiyənin "Habertürk" telekanalının aparıcısı Ela Rümeysa Cebeci diqqətçəkən paylaşım edib.

Aparıcı tanımadığı bir kişinin ona sataşdığını və bu səbəbdən çarəsiz vəziyyətdə qaldığını deyib.

Bu barədə"Sondakika.com" xəbər verir.

Cebecinin sosial media hesabında bununla bağlı yayımladığı videogörüntülərdə bir müxbir və operatorun həmin şəxslə söhbət etdiyi kadrlar yer alıb.

"Binanın qarşısında mənimlə evlənəcəyini deyən bir şizofreniya xəstəsi var. Binadan çölə çıxa bilmirəm. Təəssüf ki, qanunda boşluq səbəbindən bu adama heç nə edə bilmirik. Bu çarəsizlik qəbuledilməzdir. Biz qadınlar bu çarəsizliyə məhkum edilə bilmərik", - deyə o bildirib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.