Azərbaycan və İran Xəzərdə neft yatağını birgə tədqiq edəcək

21-08-2015, 11:10           
Azərbaycan və İran Xəzərdə neft yatağını birgə tədqiq edəcək
Azərbaycan və İran Xəzər dənizindəki neft yatağının birgə tədqiq edilməsi ilə bağlı danışıqlar aparır. Bunu Trend-ə eksklüziv müsahibəsində İranın Rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın iranlı həmsədri Mahmud Vaezi deyib.
O bildirib ki, tərəflər bu məsələdə irəliləsələr də, danışıqlar hələ başa çatmayıb: “Danışıqlar davam edir. Artıq hansı yatağı birgə tədqiq edəcəyimiz məlumdur. Bu, çox böyük yataqdır. Lakin onun adı yalnız danışıqlar başa çatdıqdan sonra açıqlanacaq”.
Nazir qeyd edib ki, neft-qaz texnologiyaları sahəsində də iki ölkənin əməkdaşlığı üçün geniş potensial mövcuddur: “İran Azərbaycanda mütəxəssislərinin fəaliyyət göstərməsi və texnologiyalarının istifadə edilməsində maraqlıdır. Bu məsələ ilə bağlı danışıqlar aparılır. Hesab edirəm ki, bu sahədə əməkdaşlıq üçün böyük potensialımız var”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.