Neft durmadan ucuzlaşır

23-08-2015, 12:42           
Neft durmadan ucuzlaşır
Brent markalı neftin qiyməti ujuzlaşmaqda davam edərək barrel üçün 45 dollar səviyyəsinə yaxınlaşıb.

ANS PRESS-in məlumatına görə, hazırda London birjasında Brent markalı neftin bir barrelinin qiyməti 45,46 dollardır. Sutka ərzində ucuzlaşma 2,55% olub.

Texas markalı neft isə sutka ərzində 2,15% ucuzlaşaraq barrel üzrə qiyməti 40,45 dollara düşüb.

Qrinviç vaxtı ilə saat 03:01-ə (Bakı vaxtı ilə 07:01) olan neft qiymətləri

Ümumiyyətlə, neftin qiymətlərinin ucuzlaşması son 6 aydır ki, davam edir. Qiymətlərin düşməsinə əsas səbəb dünya neft bazarının xammal bolluğu, həm də son həftələrdə dolların bahalaşmasıdır. Brent markalı neftin qiyməti 40 sent ucuzlaşaraq bir barrel üçün 46 dollara çatıb.

Ucuzlaşma Azərbaycan neftinin qiymətində də qeydə alınıb. "AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 0,38 dollar ucuzlaşaraq 48,09 dollar təşkil edib.

Beynəlxalq ekspertlər neft qiymətlərinin qarşıdan gələn aylarda da təzyiq altında olacağını bildirirlər. Onların fikrincə, yay avtomobil səyahətləri mövsümünün başa çatması ilə neftə tələbat daha da azalacaq.

Ümumilikdə, bu il ərzində neftin qiymətinin ən aşağı səviyyəyə düşəcəyi proqnozlaşdırılır. Gələn il isə bu prosesin əksinə cərəyan edəcəyi gözlənilir. 2017-ci ilə qədər isə neftin qiymətinin 80 dollara qədər qalxa biləcəyi güman edilir.

Neftimiz əldən gedir












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.