Qətər ölkənin qaz yataqlarının kəşfiyyatnı başa çatdırmaq fikrindədir – Rusiyaya təklif etdi

26-03-2018, 09:40           
Qətər ölkənin qaz yataqlarının kəşfiyyatnı başa çatdırmaq fikrindədir – Rusiyaya təklif etdi
Qətər 2019-2020-ci illərdə ölkənin yataqlarının işlənməsini başa çatdırmaq məqsədilə keçiriləcək tenderdə Rusiya şirkətlərinin iştirakını təklif edib. Bu barədə Qətərin Rusiyadakı səfiri Fəhd Mühəmməd əl-Atıyya bəyan edib.

«Mədənlər işlənib, amma əlavələr və yataqların genişləndirilməsi məsələləri var. Bu barədə elan olunub və işlər 2019 və 2020-ci illərdə görüləcək. Rusiya şirkətləri digərləri kimi, tenderi udmağı sınaya bilərlər. Bu barədə elan veriləcək» – deyə, səfir bəyan edib.

Əl-Atıyya onu da qeyd edib ki, Qətər energetika, sənaye, turizm, neft və qaz sənayesi, xidmət və infrastruktur sahəsində işləyən Rusiya şirkətlərini ölkə iqtisadiyyatına investisiya qoymağa çağırıb.

Diplomatın fikrincə, Rusiya iqtisadiyyatı güclü və möhkəmdir və Qətər üçün imkanlar yaradır.
AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.