Almaniyanın keçmiş xarici işlər nazirindən PKK ETİRAFI

26-03-2018, 10:45           
Almaniyanın keçmiş xarici işlər nazirindən PKK ETİRAFI
Almaniyanın keçmiş xarici işlər naziri Qabriel, "Der Tagesspiegel" qəzeti üçün "Afrindən sonra Türkiyə və Qərb - Afrin, ABŞ-a bir mesajdır" başlığı ilə bir məqalə yazıb.

Almaniyanın keçmiş xarici işlər naziri Sigmar Qabriel, Türkiyənin Afrindəki “Zeytun Budağı” Hərəkatı ABŞ-a, onun da bölgədə söz sahibi olduğunu və Kürdlərin nəzarəti altındakı hər hansı bir dövlət təşkilatlanmasına icazə verməyəcəyi mesajını verdiyini bildirib.
Qabriel, "Der Tagesspiegel" qəzeti üçün "Afrindən sonra Türkiyə və Qərb - Afrin, ABŞ-a bir mesajdır" başlığı ilə yazdığı məqalədə, Türkiyənin bu mesajı ABŞ-a vermək üçün Suriyaya quru qoşunları göndərdiyini və hava qüvvələrinin təxminən yarısı öz tarixinin ən böyük hava döyüşlərindən birini həyata keçirdiyini qeyd edərək, "Türkiyə, Suriyadakı Kürd bölgələrinə təşkil etdiyi hərəkat üçün yüksək bir bədəl ödəməyə hazırdır: “Artıq Türkiyə Qərbdən asılı olmaq, ona bağlanmaq istəmir".

PKK İLƏ PYD/YPG EYNİDİR

Afrində keçirilən hərbi əməliyyat, ABŞ-a açıq bir mesajdır: “Suriyadakı müharibədən sonra rejim Türkiyənin razılığı olmadan baş verməməli və hər hansı bir şəkildə Kürd nəzarəti altında yaradılacaq bir muxtar qurum Türkiyə tərəfindən qəbul edilməzdir" deyə, qeyd edən Qabriel, YPG və PYD-nin ABŞ-da olduğu kimi, Avropa ölkələrində də terror təşkilatı olaraq qadağan olunmadığını, ancaq Türkiyənin və çox sayda beynəlxalq müşahidəçinin, terror təşkilatı PKK ilə YPG/PYD arasında aparılan bu ayrı-seçkiliyin süni şəkildə yaradıldığını bildiyini deyib.
Qabriel, PKK ilə YPG arasındakı əlaqənin yalnız ideoloji və simvolik olaraq yaxın olmadığını qeyd edərək, "YPG və PYD-nin PKK-nın strateji liderliyi altında olduğunu, ancaq nisbətən böyük bir əməliyyat azadlığına sahib olduğunu düşünmək lazımdır" deyə, bildirib.

QƏBUL ETMƏK MÜMKÜN DEYİL

ABŞ-ın terror təşkilatı İŞİD-ə qarşı mübarizədə YPG və PYD-ni silahlandırıb, Suriyanın şimalında bir Kürd qurumlarının təşkilatlanmasına icazə verərək Türkiyəni qıcıqlandırdığına işarə edən Qabriel, Türkiyənin bu vəziyyəti qəbul etməsinin mümkün olmadığını, bu səbəbdən hərbi mübarizənin davam edəcəyini qeyd edib.
Qabriel, Türkiyənin Qərbdən asılı olmaq istəmədiyini, bu səbəblə də ABŞ ilə ehtimal olunan bir böhranın geosiyasi yekunlarından da qorxmadığını ifadə edib.
Müxalifət.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.